Təbiət Gəzintisində” Düşərgə layihəsi


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə ” Əlilliyi olan uşaq və Gənclərin idmana inteqrasiyası İctimai Birliyinin, “Təbiət Gəzintisində” Düşərgə layihəsi Lənkaran şəhəri Palıdlı sahil otelində həyata keçirildi. Layihə 3 ay icra olaraq, 4 gün 3 gecə təşkil edirdi. Layihədə 30 nəfərdən çox fiziki məhdudiyyətli gənclər və valdeyinləri iştrak etdilər. Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyinin sədri və layihə rəhbəri Aynur Məmmədova deyir ki, Layihənin məqsədi əlilliyi olan gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, özünə qapanan, kompelks və psixoloji sarsıntılar yaşayan  gənclərin problemlərini aradan qaldırmaq, cəmiyyətə inteqrasiya etmək, özlərini kompleksiz təqdim  etmə bacarığını onlara öyrətmək, özünə güvən hissi yaratmaq, ünsiyyət qurma bacarığlarına dəstək olmaq, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.  Layihə çərçivəsində gənclərimizə rəsm və əl işlərinin öyrədilməsi təlimləri keçirildi.Həmçının gənclər Lənkəran Dövlət Dram Teatrında Cəsus tamaşısına,  Lənkəran Tarix  Diyarşünaslıq muzeyində eksponatlarla  tanış oldular. Fiziki məhdudiyyətli gənclər ilk dəfə olaraq, qış fəsilində təbiət  gəzintisinə qoşularaq, açıq havada gəzdilər. Düşərgə gənclərə çox müsbət enerji və özünə güvən hissinin artmasında böyük rol oynadı. Çünkü fiziki məhdudiyyətli gənclər arasında elə oğlan və qızlar var idi ki, onlar heç bir vaxt komplekslərinə görə rahat şəkildə nə özlərini təqdim edib, nə də rəqs etmişdilər. Bu düşərgədə əməyi keçən hər kəsə  başda Gənclər Fondu və kollektivi olamaqla, öz adımdan və valdeyinlər adından təşəkkürmüzü bildiririk. Belə layihələrin davamlı olması gənclərin maariflənməsində böyuk rol oynayır.