4 may 2024 cü il Abşeron taekvondo klubunun təşkilatçılığı ilə keçirilən yoldaşlıq yarışında, FHN idman sağlamlıq klubunun parataekvodoçuları və taekvondoçuları iştirak edərək, 2 qızıl, 3 gümüş, 1 bürünc medala sahib olmuşdular.
Komandanın məşqçi muəllimi Paralimpiyaçı Aynur Məmmədova məlumat verərək bildirdi ki, uşaqlar çox gözəl döyüş nümayiş etdirərək, bu qabiliyyətə nail olublar.
Həmin idmançıların adları aşağıdakılardır.
- Əlizadə Sofiya Rəşad qızı 2015- ci il. çəki 27 . 1-ci yer
- Rzazadə Tuncay Nurlan oğlu, 2015-ci il, çəki 40, 1-ci yer
- Mansurlu Səma Əfqan qızı, 2015- ci il, çəki 25 kq. 2- ci yer,
- Həsənzadə Rəsul Sadiq oğlu , 2014-cü il, çəki 27 kq. 2 -ci yer
- Hacıyev Elcan Rauf oğlu. 2010. Çəki 45, 2-ci. yer
- Hacıyeva Səltənət Rauf qızı, 2013, çəki 30, 3-cü yer.













