Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İB-nin, “Döyüşkən Qəhrəmanlarımız” adlı layihəsi davam edir. Bu gun tədbirimiz Ramana qəsəbəsində yerləşən, Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində keçirildi. Tədbirin mövzusu: Qazilərimizin Paralimpiya oyunlarına cəlb olunması və motivasiya idi. Tədbirin qonaqları: Qazilər, Paralimpiyaçılar və olimpiyaçılar idi. Tədbir də peşə-əmək reabilitasiya mərkəzinin fiziki məhdudiyyətli gəncləri də iştirak edirdi.
Qonaqlar: Paralimpiyaçı atletikanın nüvə atma üzrə Paralimpiya çempionu Elvin Astanov, Güləş üzrə dünya və Avropa çempionatının gümüş mükafatçısı Taleh Məmmədov, Paralimpiyaçı 1- ci Qarabağ qazisi, paratıcılıq üzrə Avropa çempionatının bürünc mükafatçısı, dünya kubokunun çempionu Əkbər Muradov, Boccia komandasının baş katibi və məşqçisi, 1- ci Qarabağ qazisi İlham Məhərrəmov oldular.
Təşkilat və layihə rəhbəri parlimpiyaçı taekvondo üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası Aynur Məmmədovdır.




















