Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin təşkilatçılığı ilə Fiziki məhdudiyyətli şəxslərə idman motivasiyasının artırılması adlı layihəsi davam edir. Layihə 3 ay olmaqla 5 tədbirdən ibarətdir.
Mövzular:
- Psixoloji təlimin göstərilməsi
- Özünə bacarıq və qulluqların göstərilməsi.
- Kulinariyanın öyrədilməsi
- Əl işlərinin öyrədilməsi
- Orta məktəbdə bir gun
Bu günə qədər bu tədbirlərin hamısı uğurla həyata keçirildi.
Hər təlimdə 25 dən çox fiziki məhdudiyyətli uşaq və gənclər iştrak edirdi.
Layihədə umumilikdə 500 nəfərdən çox iştirakçı olub.
Layihənin məqsədi fiziki məhdudiyyətli şəxslərə bu kimi sahələr üzrə təlimlər verib onlara dəstək olmaqdır.
Hət bir təlim fiziki məhdudiyyətli şəxslərin istəyinə görə təyin olunub, layihə yazılıb.
Bildiyiniz kimi Əlilliyi olan şəxslər hər zaman diqqət və qayğı tələb etdiyindən , çox vaxt onlar tənbələşir, özlərində güvənsizlik , bacarıqsız, depresiya kimi hallar yaşayır.
Amma bu belə deyildir, əgər belə layihələr davamlı olsa, əlilliyi olan şəxslər belə təlimlər keçsə, onların nəyə qadir olduğunu nəyi bacardıqlarını bilib, daha özunə güvən hissi qazanacaqlar.
Layihə rəhbəri Paralimpiyaçı taekvondo üzrə dunya və Avropa çempionu əməkdar idman ustası Qht-nin rəhbəri Aynur Məmmədova özü də əlilliyi olan şəxs kimi belə mövzulara toxunur daha lazımlı və davamlı olmasını deyir.
Layihələr müxtəlif yerlərdə əlilliyi olan şəxslərə müəssərlik olan məkanlarda təşkil olunub.
Sonda isə keçirilən tədbirlərinin qisa metrajlı video-təqdimatı keçiriləcək.
Əlillik qusur deyil , sadəcə fərqlilikdir deyir Aynur Məmmədova.































































.


