1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin 50 dən çox fiziki məhdudiyyətli üzvləri və şəhid qazi övladlarına Parkbulvar Happyland əyləncə mərkəzi və KFC tərəfindən təmanasız təşkil olunmuş tədbiri həyata keçirildi. Təşkilatçı və birliyin sədri Aynur Məmmədova bildirdi ki, artıq 7 ildir ki, Parkbulvar Happyland əyləncə mərkəzi və KFC ilə əməkdaşlıq edərək belə tədbirləri davamlı şəkildə təşkil edir.
Uşaqlar attraksionlarda əyləndilər, KFC də yemək yedikdən sonra dəniz kənarı gəzintiyə çıxdılar, ordan isə Kukla teatırına gedərək tamşaya baxdılar.
Hər bir uşağı sevindirmək borcumuzdur. Bütün uşaqlar xoşbəxt anlar yaşamağa layiqdirlər.













































