Taekvondo yarışı keçirildi

4 may 2024 cü il Abşeron taekvondo klubunun təşkilatçılığı ilə keçirilən yoldaşlıq yarışında, FHN idman sağlamlıq klubunun parataekvodoçuları və taekvondoçuları iştirak edərək, 2 qızıl, 3 gümüş, 1 bürünc medala sahib olmuşdular.
Komandanın məşqçi muəllimi Paralimpiyaçı Aynur Məmmədova məlumat verərək bildirdi ki, uşaqlar çox gözəl döyüş nümayiş etdirərək, bu qabiliyyətə nail olublar.
Həmin idmançıların adları aşağıdakılardır.

  1. Əlizadə Sofiya Rəşad qızı 2015- ci il. çəki 27 . 1-ci yer
  2. Rzazadə Tuncay Nurlan oğlu, 2015-ci il, çəki 40, 1-ci yer
  3. Mansurlu Səma Əfqan qızı, 2015- ci il, çəki 25 kq. 2- ci yer,
  4. Həsənzadə Rəsul Sadiq oğlu , 2014-cü il, çəki 27 kq. 2 -ci yer
  5. Hacıyev Elcan Rauf oğlu. 2010. Çəki 45, 2-ci. yer
  6. Hacıyeva Səltənət Rauf qızı, 2013, çəki 30, 3-cü yer.