Ramazan ayı münasibəti ilə Həssas qrupdan olan şəxslərə İftar süfrəsi təşkil olundu

7 aprel Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyi və Dəmir Yumruq TT MMC şirkətinin təşkilatçılığı ilə Ramazan ayı münasibəti ilə Həssas qrupdan olan şəxslərə İftar süfrəsi təşkil olundu.
Tədbirdə millət vəkilləri, şəhid anaları, ataları, qazilər, müğənillər və həssas qrupdan olan uşaqlar valdeyinlər iştrak etdilər.
Tədbirin aparıcısı Kamran Cavad ilk öncə tədbirin qonaqlarını salamlayaraq, şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükütla yad etdilərr, sonra isə Azərbaycan dövlət himini səsləndirldi.
Aparıcı sözü təşkilat sədri və tədbir təşkilatçısı Aynur Məmmədovaya verdi. Aynur Məmmədova Tədbir iştrakşılarını və qonaqları salamlayıb, dəvətimi qəbul edib gələn qonaqlara təşəkkürünü bildirdi. Aynur Məmmədova Ramazan ayında oruc tutan ,niyyət edən, namaz qılan bütün iştrakçılara və qonaqlara dualarının qəbul olunmasını, qarşıdan gələn bayaram münasibəti ilə təbrik edib.
Aynur Məmmədova onu da vurğuladı ki, ilk dəfədir ki, Ali baş komandanımız İlham Əliyevin hərbi- siyasi diplomatiyası, qətiyyətli və müzəfər Ordumuzun şücaəti sayəsində tam ərazi bütövlüyü təmin olunub və Azərbaycanın hər yerində şanlı zəfərin təntənəsi ilə yaşayan xalqımız mübarək Ramazan bayramının daha böyük ruh yuksəkliyi ilə qeyd edir.
Sonra isə Millət vəkillərimiz Arzu Nağıyev, Müşviq Məmmədli, Vüqar İsgəndərova , şəhid analarına, qazilərimizə, təşkilatı dəstəkçilərə söz verilib, onlarda həssas qrupdan olan şəxslərə öz ürək sözlərini deyib bayramlarını təbrik ediblər.
19;26 da İftar vaxtı elan olunaraq, Azan səsi verilib.
İftar süfrəsindən sonra isə bədii hissəyə keçərək müsiqiçilərimizə söz verilib. onlarda öz gözəl ramazana aid mahnilarnı səsləndirib uşaqlara dəstək oldular.
Sonda isə Aynur Məmmədova bu tədbirin həyata keçməsində maddi və mənəvi dəstəyi keçən hər kəsə öz adından və təşkilatın adından dərin təşəkkurunu bildirib.