Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin təşkilatçılığı ilə fiziki məhdudiyyətli uşaqlara Novruz tədbiri keçirildi. Paralimpiyaçı taekvondo üzrə dunya və Avropa çempionu əməkdar idman ustası və eyni zamanda Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin sədri , tədbirin təşkilatçısı Aynur Məmmədova bildirdi ki, belə tədbirlər artıq dəfələrlə təşkilatımız tərəfindən keçirilir, tədbirin məqsədi ev təhsili uşaqların cəmiyyətə çıxmasına, öz yaşıdları ilə əylənmə, ünsiyyət, dostlaşmalarına şərait yaratmaq və Novruz bayramını birlikdə qeyd etməkdir. Tədbir bir neçə millət vəkilləri, və iş adamlarının maddi dəstəyi ilə həyata keçirlib. Tədbirdə millət vəkilləri, tanınmış idmançılar, Jurnalist Mətanət Ağamirli , fəlsəfə doktoru Afət Həsənova, tanınmış müğənnilər, aktyorlar və uşaqların valdeyinləri iştrak etdilər.
Novruzun atributları olan kosa keçəl də tədbirə gələrək uşaqları güldürüb sevindirdi.
Sonda uşaqlara Novruz hədiyyəsi paylandı.
Tədbirin təşkilatçısı Aynur Məmmədova bu Tədbirdə maddi və dəstək olan hər kəsə təşəkkür edib.
Millət vəkilləri Məhşur Məmmədov, Arzu Nağıyev.
Grand House mebel evinə, Ləzzət şirniyyat evinə, TAC MMC sərinləşdirici içkilər istehsalçısına və digər dəstək olan şəxslərə bir daha təşəkkür edirik.
















