Haqqımızda
Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyi, təsis yığıncağının qərarı ilə 23 may 2016-cı ildə təsis edilib, 29 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
1.1. Birliyin əsas məqsədi fiziki məhdudiyyətli şəxslərin idmana cəlb edilməsinə kömək etməkdən ibarətdir.
1.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: idmanın inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək; müxtəlif idman növləri ilə məşğul olan idmançıların məşqləri və yarışları üçün zəruri şəraitin yaradılmasına dəstək vermək; əhali arasında sağlam həyat tərzi və idman növləri ilə bağlı maarifləndirmə işini təşkil etmək;
1.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik: müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir; ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynelxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir; məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbunəşrlər təsis edir; Azərbaycan Respublikasının aidiyyatı dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.
1.5. Birlik Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.
1.6. Birliyin təsisçiləri hüquqi şəxslər və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
Layihələr
Birlik 2016-ci ildən bir çox layihələr həyata keçirmişdir.
Bu layihələrdən “Həssas qrupdan olan şəxslərə psixoloji dəstək”, “Maariflən Qurbana Çevrilmə”, “Gələcəyinə Rəng Qat”, “Sərhədləri Birlikdə Aşaq”, “Sən Bacaracaqsan”, “ Az Təminatlı Ailələrə ərzaq yardımının paylanması”, “Özümüzü Kəşf Edək”, “Döyüşkən Qəhrəmanlarımız”, ”Sağlam həyat tərzi xoşbəxtlikdir” Azərbaycan Respublikasının Gənclər Fondu və Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilmişdir.
İanə şəkilində olan tədbirlərimiz: Heydər Əliyev Fondunun maliyə dəstəyi ilə fiziki məhdudiyyətli uşaqlara protez, ortez və əməliyyatlarının təşkili, “Yeni ilə Yeni Uğurlarla”, “Novruz Bayramınız Mübarək”, “1 İyun Uşaqlar günü”, “Şamaxı Rəsədxanasına gəzinti”, “İsmayıllı Qəbələ turu”, Uşaqların Nabran istirahət mərkəzində düşərgəsi, və s. bir çox tədbirlər həyata keçirir.
Aynur Məmmədova
Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyinin təsisçisi və rəhbəri, Paralimpiyaçı, taekvondo üzrə 3 dəfə dünya 4 dəfə Avropa çempionu, Əməkdar idman ustası, prezident mükafatçısı, 2-ci dərəcəli əlilliyi olan şəxs Aynur Tofiq qızı Məmmədovadır.
Aynur Məmmədova 21 fevral 1979-cu ildə Ucar rayonu, Təzə Şilyan kəndində dünyaya gəlmişdir. Aynur Məmmədova 1986-1996-ci il həmin kəndin orta məktəbini bitirdikdən sonra, 1998-2001-ci illərdə Azərbaycan Maliyyə İqtisad Kollecinə qəbul olub, bitirmişdir.
2014-2019-cu ildə Azərbaycan Bakı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.
1998-2003-cü illərə qədər Paralimpiyanın atıcılıq idman növü ilə məşğul olmuşdur. Dəfələrlə Respublika 1-cisi və 2-cisi olub.
2010-2022- ci illərdə Paralimpiyanın taekvondo idman növü ilə məşğul olub.
İlk uğuru 2010-cu ildə Sankt Peterburq şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
2011-ci ildə Moskvada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
2012-ci ildə Cənubi Amerkanın Aruba şəhərində keçirilən dünya çempionatında qızıl medal,
2013-cü il Rumuniyanın paytaxtında keçirilən Avropa çempionatında bürünc medal,
2014-cü ildə, Turkiyənin Antaliya şəhərində keçirilən, Avropa çempionatında qızıl medal,
Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatında gümüş medal,
2015-ci il Turkiyənin Samsun şəhərində keçirilən Dünya çempionatında qızıl,
2015-ci il Soçi şəhərdində keçirilən dünya oyunlarında qızıl medal,
2016-ci ildə Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc,
2018-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında qızıl medal,
2019-cu ildə İtaliyanın Barı şəhərində keçirilən, Avropa çempionatında qızıl medal,
2021-ci il Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən,
2020-Tokio Yay Paralimpiya oyunlarına lisenziya qızıl medal qazanmışdır.
2021-ci il Tokio Yay paralimpiya oyunlarına yola düşən zaman covid-19 virusuna yoluxduğu üçün yarışa qatılmamışdır.
2022-ci ildən məşq zamanı topuğundan aldığı zədəyə görə, taekvondo idmanından uzaqlaşmışdır.
2022-ci ildən parataekvondo üzrə məşqçı çalışır, artıq 15 dən çox əlilliyi olan uşaq və gənclərdən ibarət tələbələri var.
2011-ci ildən Fövqəlada Hallar Nazirliyinin İdman Sağlamlıq klubunda çalışır.
Missiyamız
Bizim missiyamız həssas qrupdan olan şəxslərin, cəmiyyətə inteqrasiyası, və cəmiyyətin həssas qrupdan olan şəxslərə inteqrasiyasına cəlb etməkdir. Həmçinin, əlilliyi olan uşaq və gənclərin cəmiyyətdə özlərini komplekssiz hiss etmələri, istedad və bacarıqlarını üzə çıxarmaq, tipik insanlardan fərqlənməmək üçün çalışırıq. Daha çox uşaq və gəncləri Paralimpiya oyunlarına cəlb etmək, gələcəkdə yüksək nailiyyətlər qazandırmaq əsas hədəfimizdir.
Məqsədimiz
Əlilliyi olan uşaq və gənclərin idmana cəlb olması, onları motivasiya edib, Paralimpiya idman növlərində hazırlaşdırıb, beynəlxalq yarışlara çıxarmaq, nailiyyətlər qazandırıb, gələcək həyatlarını qurmaqda kömək olmaq, Paralimpiya çempionlarının sayını artırmaq və həssas qrupdan olan şəxslərlə birlikdə tipik şəxslərə nümunəvi idmançılar yetişdişdirmək.
Dəstək
Təşkilat olaraq hər zaman əlilliyi olan uşaq və gənclərin qayğısına qalmaq, onlara diqqət göstərmək, istədikləri peşəyə yiyələnmələrinə dəstək olmaq.
Bunun üçün bizə dəstək olmaq istəyənlər, hər zaman gəlib uşaqlarımızla tanış olub istədikləri dəstəyi göstərə bilərlər.